“Real”ın futbolçusu Kərim Benzemanın Fransa yığmasının üzvü Matye Valbuenanı şantaj etməkdə ittiham olunduğu barədə məlumat vermişdik.
“Lion”un futbolçusu bu məsələylə bağlı ilk dəfə mətbuata açıqlama verib. Matye Benzemanın ona qarşı hörmətsizlik etdiyini bildirib:
“Benzema aqressiv deyildi. Ancaq pul barədə açıq danışdı. Siz məni hansısa videonun silinməsi üçün naməlum bir şəxslə görüşməyə çağırırsızsa, təbii ki, bunu mənə qarşı olan xoş münasibətinizə görə etmirsiz. Buna inanmaq üçün axmaq olmaq lazımdı.
Çox məyus olmuşam. Bütün bunlar onu göstərir ki, Kərim mənə hörmət etmirmiş. Təəssüf ki, Kərimlə münasibətlərimiz qeyri-səmimi idi”.