GORANBOY, 3 fevral. TELEQRAF

Goranboyda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “GəncFest” start götürüb.

Teleqraf-ın Goranboya ezam olunmuş əməkdaşı xəbər verir ki, Gənclər həftəsi çərçivəsində gerçəkləşən tədbir şəhərin mərkəzində yerləşən Heydər Parkında keçirilir.

Festival iki gün davam edəcək.