XANKƏNDİ, 2 fevral, TELEQRAF

Azərbaycan Gəncləri Forumunun 30 illik yubileyi münasibətilə qala-şam yeməyi təşkil olunub.

Teleqraf xəbər verir ki, Xankəndi Konqress zalında keçirilən tədbirdə rəsmi qurumların nümayəndələri, fəal gənclər və bir sıra gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov Forumun ötən 30 il ərzində keçdiyi inkişaf yolundan, əldə olunan nailiyyətlərdən bəhs edib.

Sonra qonaqlar üçün ziyafət təşkil olunub. Tədbir konsert proqramı ilə yekunlaşıb.