BAKI, 29 yanvar. TELEQRAF

ABŞ-nin Azərbaycandakı səfirliyi "Qarabağ"ı UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə diplomatik missiyanın sosial media hesabında paylaşım edilib.

"Bu, Azərbaycan futbolu tarixində ilk belə nailiyyətdir! Bu uğur Avropanın ən mötəbər futbol səhnəsində nümayiş etdirilən əzmkarlığın, yüksək intizamın və peşəkar ustalığın nəticəsi olan ardıcıl güclü çıxışların məntiqi yekunudur. ABŞ iyun ayında FIFA Dünya Çempionatına ev sahibliyi etməyə hazırlaşarkən, idmanın insanları bir araya gətirmək, sərhədləri və mədəni fərqləri aşmaq kimi bənzərsiz gücünü bir daha xatırlayırıq. Dünyanın dörd bir yanında azarkeşlərə futbolun sevincini yaşadan daha çox unudulmaz anların olacağına inanırıq", - paylaşımda bildirilib.