BAKI, 7 yanvar. TELEQRAF

Futzal üzrə Azərbaycan millisi iki beynəlxalq yoldaşlıq oyunu keçirəcək.

Azərbaycan Futzal Federasiyasından Teleqraf-a verilən məlumata görə, yığmamız yanvarın 22-də və 24-də Danimarka seçməsi ilə qarşılaşacaq.

Hər iki görüş Bakı İdman Sarayında keçiriləcək.