BAKI. 9 oktyabr, TELEQRAF
“Futbolçularımız mütləq rəqiblərinin adını bilmir. Oyuna bir nöqtədə fərq yaradacağımızı düşünərək başlamalıyıq. Bu, ən yaxşı millilərdən biri olmasa da, Ukrayna ilə heç-heçə edən komandadır”.
Teleqraf xəbər verir ki, bunu Fransa millisinin baş məşqçisi Didye Deşamp Azərbaycanla oyundan öncə keçirilən mətbuat konfrasnında deyib.
Təcrübəli mütəxəssis komandanın aparıcı futbolçusu Klian Mbappe barədə də danışıb:
“Proqramda yalnız matçdan bir gün əvvəl məşq etmək nəzərdə tutulurdu. Buna onun ayaq biləyinin həssaslığı səbəb olub. O, bu axşam məşq edəcək və hər şey qaydasında olsa, sabah işə cəlb olunacaq”.
Deşamp Mbappenin start heyətdə yer alacağının mümkün olduğunu bildirib.
Qeyd edək ki, oktyabrın 10-da keçiriləcək Fransa - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.