GƏNCƏ, 7 oktyabr. TELEQRAF
“İlk döyüşdə Özbəkistan komandasına qalib gəldik. Təəssüf ki, finalda rusiyalı sablyaçılara məğlub olduq”.
Teleqraf-ın Gəncəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu qılıncoynatmanın sablya növü üzrə qızlardan ibarət Azərbaycan milli komandasının üzvü Fərəh Abasova III MDB Oyunlarında gümüş medal qazanmasını şərh edərkən deyib:
O, Rusiyaya qarşı keçirilən finalın gərgin keçdiyini söyləyib: “Qalib gəlmək istəyirdik. Lakin, rəqib daha təcrübəli idi. Bundan sonra daha da yaxşı nəticələr qazanmaq üçün çalışacağıq”.