XANKƏNDİ, 2 oktyabr. TELEQRAF

“İdmançılarımızın yaxşı nəticələr əldə edəcəyinə inanıram”.

Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu kamandan oxatma üzrə Azərbaycan millisinin baş məşqçisi Natiq Fazilov III MDB Oyunlarını dəyərləndirərkən deyib.

O, idmançılardan medallar gözlədiyini bildirib: “Qızlar mübarizəyə tam heyətlə davam edir. Oğlanlar arasında bir itkimiz olsa da, bu son deyil. Qarşıda komanda yarışları var. Millidən azı iki medal gözləyirəm. Xankəndidə dövlət himnimizi səsləndirməyi çox istəyirik”.