GƏNCƏ, 2 oktyabr. TELEQRAF
Bu gün Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında 8 idman növü üzrə yarışlar keçiriləcək.
Teleqraf xəbər verir ki, Gəncədə voleybol üzrə oğlanlardan ibarət Azərbaycan millisi Özbəkistanla qarşılaşacaq. Bu şəhərdə qılıncoynatma və üzgüçülük yarışları da təşkil olunacaq.
Şəkidə çövkən, batut gimnastikası, Qəbələdə isə badminton yarışı baş tutacaq.
Yevlaxda boks, Xankəndində isə oxatma yarışları keçiriləcək.
Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.