GƏNCƏ, 1 oktyabr. TELEQRAF

UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin II turuna start verilib.

Teleqraf xəbər verir ki, ilk oyun günündə 9 matç təşkil olunub.

Qazaxıstanın "Kayrat" klubu turnirin ən titullu komandası "Real Madrid"i (İspaniya) qəbul edib. Almatıda keçirilən matç Madrid təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Türkiyənin liqada yeganə təmsilçisi "Qalatasaray" isə doğma meydanda İngiltərənin "Liverpul" klubu üz-üzə gəlib. "Sarı-qırmızılar" gərgin keçən matçda minimal hesablı qələbəyə sevinib.

UEFA Çempionlar Liqası

Əsas mərhələ

II tur

20:45 "Atalanta" (İtaliya) - "Brügge" (Belçika) 2:1

20:45 "Kayrat" (Qazaxıstan) - "Real Madrid" (İspaniya) 0:5

23:00 "Atletiko Madrid" (İspaniya) - "Ayntraxt Frankfurt" (Almaniya) 5:1

23:00 "Budo/Qlimt" (Norveç) - "Tottenhem" (İngiltərə) 2:2

23:00 "Çelsi" (İngiltərə) - "Benfika" (Portuqaliya) 1:0

23:00 "Qalatasaray" (Türkiyə) - "Liverpul" (İngiltərə) 1:0

23:00 "İnter" (İtaliya) - "Slaviya" (Çexiya) 3:0

23:00 "Marsel" (Fransa) - "Ayaks" (Niderland) 4:0

23:00 "Pafos" (Kipr) - "Bavariya" (Almaniya) 1:5