BAKI, 5 avqust. TELEQRAF
Futzal üzrə keçiriləcək Yüksək və Birinci liqalarda yay transfer pəncərəsinin vaxtı müəyyənləşib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
İştirakçı komandalar transfer etdikləri oyunçuları avqustun 6-dan oktyabrın 6-sı, saat 23:59-dək qeydiyyatdan keçirə bilərlər.
Qeyd edək ki, Yüksək Liqanın startı sentyabrın 18-nə nəzərdə tutulub.