BAKI, 5 avqust. TELEQRAF

UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” yeni transferini gerçəkləşdirib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, Bakıda təlim-məşq toplanışına başlayan ölkə çempionu heyətinə Aleksanderson Teyşeyra Barbosanı qatıb.

“Qırmızı-ağlar” braziliyalı “stolb”la 1 illik müqavilə imzalayıb. 25 yaşlı futzalçı ötən mövsümü Qazaxıstanın “Jetisu” klubunda keçirib.

Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda yer alacaq. Avqustun 27-də Şimali İrlandiyanın “Sparta Belfast”, ertəsi gün Şotlandiyanın “PYF Saltires”, avqustun 30-da isə Avstriyanın “Ljuti Krajişniçi” komandaları rəqib olacaq. Bu qrupun oyunları Avstriyada keçiriləcək. Yalnız qrup qalibi əsas mərhələyə yüksələcək.