Rusiyalı atlet Tatyana Tomaşovanı 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edib.
Teleqraf.com xəbər verir ki, bu qərarı İdman Arbitraj Məhkəməsi verib.
Bildirilir ki, qərar Tomaşovanın çoxsaylı antidopinq qaydalarını pozmasına görə qəbul edilib. Məhkəmə idmançının 21 iyun 2012-ci il və 3 yanvar 2015-ci il tarixləri arasında bütün nəticələrini ləğv edib. Həmçinin Tatyana Tomaşova 10 il müddətinə diskvalifikasiya olunub.