"Qarabağ" futbol klubu Kadi Borgeslə bağlı paylaşım edib.
Telerraf.com xəbər verir ki, klubun sosial şəbəkə hesabında futbolçuya təşəkkür paylaşımı yer alıb.
"Kadi Borgesə klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq. Təşəkkürlər, Kadi!"
Qeyd edək ki, Kadi Borges 2021-ci ilin yayından “Qarabağ”ın şərəfini qoruyurdu.