"Qarabağ"dan ayrılan braziliyalı Kadi Borgesin Rusiya "Krasnodar"ına keçidi rəsmiləşib.
Teleqraf.com klubun saytına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi "Krasnodar"la 2026-cı il iyunun 30-dək müqavilə imzalayıb.
27 yaşlı futbolçu Rusiya klubunda da 20 nömrəli forma ilə çıxış edəcək.