Kadi Borges “Qarabağ” klubundan ayrılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

Bildirilib ki, 2021-ci ilin yayından "Qarabağ"da oynayan və yerli pərəstişkarların da sevimlisinə çevrilən Kadi Rusiyanın “Krasnodar” klubuna keçid edəcək.

Beləki, Borgesin transferi ilə bağlı klubla aparılan danışıqlar artıq yekunlaşıb.

Hələlik keçidin detalları ilə bağlı hansısa bir açıqlama verilməyib.