Milli komandamızın hücumçusu Ramil Şeydayev Rusiya Premyer Liqasının 4-cü turunda “Lokomotiv”ə qarşı oyunun (0:1) 81-ci dəqiqəsində meydana çıxmaqla yeni klubu “Krılya Sovetov”da debüt edib.

Matçdan sonra keçirilən mətbuat konfransında Samara klubunun baş məşqçisi Andrey Tixonov qısaca olaraq həmyerlimiz haqda da fikirlərini bölüşüb:

Native Video by Adributor
“Şeydayev hələ hazır deyil. O, daha da inkişaf etməli və formasını yaxşılaşdırmaq üçün çalışmalıdır”.

Xatırladaq ki, Şeydayev “Krılya Sovetov”la 1 illik müqavilə imzalayıb.

/qol.az/