BAKI, 12 mart. TELEQRAF

Miçiqan ştatında ABŞ-nin ən böyük sinaqoqunun təhlükəsizlik xidmətinin işçiləri binaya maşınla hücum edən silahlı kişini güllələyərək öldürüblər.

Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat tatıb.

Qeyd olunur ki, avtomobil sinaqoqa çırpıldıqdan sonra yanğın başlayıb.

Polis silahlının şəxsiyyətini müəyyən etməyə və hücumun motivini öyrənməyə çalışırlar.

***

22:17

Miçiqan ştat polisi sinaqoqda atışma baş verdiyini bildirib.

Teleqraf xəbər verir ki, Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patel FTB əməkdaşlarının artıq hadisə yerinə gəldiyini bildirib.

Naməlum hücumçunun sinaqoqa girərək atəş açdığı iddia edilir.