"Qarabağ" klubu daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb.

Teleqraf.com klubun rəsmi saytına istinadən xəbər verir ki, Dani Kintananın başa çatan sözləşməsi yenilənib.

İspaniyalı yarımmüdafiəçi ilə 2020-ci ilin iyununadək anlaşma əldə olunub. Kintana artıq komanda ilə məşqlərdə iştirak edir. O, "Qarabağ"a 2015-ci ilin martında transfer olunub.

Daha əvvəl Ansi Aqolli ilə müqavilə 2019-cu ilin iyununadək uzadılıb.