BAKI, 9 aprel. TELEQRAF
Xəzər dənizində zəlzələ baş verib.
Teleqraf xəbər verir ki, Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə maqnitudası 3,3 olan zəlzələ yerli vaxtla saat 02:17-də qeydə alınıb, dərinliyi 12 kilometr olub.
Xaırladaq ki, aprelin 8-də Xəzər dənizində dörd zəlzələ qeydə alınmışdı.