BAKI, 30 mart. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri ötən gecə və gün ərzində fasiləsiz olaraq davam etdirilib.

Bu barədə Teleqraf-a FHN-dən məlumat verilib.

Bildirilib ki, görülmüş tədbirlər nəticəsində 108-i azyaşlı olmaqla ümumilikdə 547 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.