BAKI, 10 yanvar. TELEQRAF
Yaponiyanın Oqasavara adaları bölgəsində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Seysmoloqlar bildiriblər ki, zəlzələnin episentri İo adası yaxınlığında yerləşib, ocağı isə 30 kilometr dərinlikdə olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.