AĞDAŞ, 11 sentyabr. TELEQRAF

Ağdaşda yeniyetmə uşağı elektrik cərəyanı vuraraq öldürüb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki , hadisə rayon mərkəzində baş verib.

Belə ki, 2014-cü il təvəllüdlü rayon sakini Yaqub Hacıyevi yaşadığı Ağdaş şəhərindəki evin həyətində elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Hacıyev Yaqub Yusif oğlu 8 saylı Ağdaş şəhər orta məktəbin 6b sinif şagirdidir.