BAKI, 7 sentyabr. TELEQRAF
Fransanın şimal-qərbində sürücü avtomobili izdihamın üzərinə sürüb.
Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb.
Məlumata görə, hadisə Manş departamentinin Piru şəhərində baş verib. Avtomobildə iki nəfər olub, onlar da yaralanıb.
Hadisənin təfərrüatları açıqlanmır. Jurnalistlərin sözlərinə görə, avtomobil insanların olduğu pizzaxananın terrasına çırpılıb.