BAKI, 22 avqust. TELEQRAF

2025-ci ilin birinci yarımili ərzində respublika ərazisində 24 partlayış hadisəsi baş verib ki, bu da 2024-cü ilin birinci yarımili ilə müqayisədə 12 hadisə və ya 33% azdır.

Teleqraf xəbər verir ki, bu məlumat Fövqəladə Hallar Nazirliyinin statistik göstəricilərində əksini tapıb.

Bildirilib ki, partlayışlar zamanı 6 nəfər həlak olub, 38 nəfər xəsarət alıb.