BAKI, 22 avqust. TELEQRAF

İmişli rayonunun Göhərli kəndi yaxınlığında Baş Muğan kanalında batan şəxsin meyiti tapılıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirlib ki, həyata keçirilən tədbirlər nəticəsində batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

14:40

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İmişli rayonunun Göhərli kəndi yaxınlığında Baş Muğan kanalında 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

FHN-dən Teleqraf-a verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.