BAKI, 22 avqust. TELEQRAF

Paytaxtın Səbail və Sabunçu rayonlarında altı nəfərə məxsus bank kartlarından ümumilikdə 3502 manat pul oğurlanıb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu barədə zərərçəkən şəxslər polisə müraciət ediblər.

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə talama cinayətlərini törətməkdə şübhəli bilinən 40 yaşlı E.Fəttahov, 32 yaşlı O.Abdurəhimli, 21 yaşlı R.Rəhimov və 17 yaşlı S.Fərzəlizadə saxlanılıblar.

Bu şəxslərin analoji hadisələrdə iştirakının olub-olmaması ilə bağlı araşdırmalar davam etdirilir.