BAKI, 21 avqust. TELEQRAF
Masallıda Viləşçay su anbarında batdığı ehtimal olunan 67 yaşlı kişinin meyiti tapılıb.
Teleqraf-ın Cənub bürosunun verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən aparılan axtarışlar nəticəsində Mirmusa Aslanovun meyiti sudan çıxarılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.