BAKI, 18 avqust. TELEQRAF

Avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

***

09:19

Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkib, sosial şəbəkələrdə paylaşan ərəb turistlər polislər tərəfindən saxlanılıb.

Teleqraf xəbər verir ki, hazırda faktla bağlı araşdırma aparılır.

Yaxın saatlarda Daxili İşlər Nazirliyinin məsələ ilə bağlı təfərrüatlı məlumat yayacağı gözlənilir.