FÜZULİ, 16 avqust. TELEQRAF

Füzulinin Böyük Bəhmənli kəndində ölümlə nəticələnən yol qəzası baş verib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Fin qəsəbə sakini Nadir İmanoğlu idarə etdiyi “VAZ2107” markalı avtomobili yol kənarındakı ağaca çırpıb.

Qəza zamanı N.İmanoğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.