GORANBOY, 1 avqust. TELEQRAF
TƏBİB Goranboydakı qəza ilə bağlı məlumat verdi
Avqustun 1-də saat 18:00 radələrində Goranboy rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (1-i kişi, 1-i qadın cinsli olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Onlara döş qəfəsinin küt travması və baş-beyinin qapalı küt travması diaqnozu təyin olunub.
Pasiyentlərə ilkin tibbi yardım göstərildikdən sonra Goranboy rayonunda yerləşən özəl tibb müəssisələrindən birinə təxliyə ediliblər.
***
1 avqust, 18.20
Goranboy rayonunda üç maşının iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun özündə qeydə alınıb.
İki "VAZ" markalı avtomobil "Mercedes" markalı maşınla toqquşub. Qəza nəticəsində "Mercedes" markalı avtomobildə olan 1971-ci il təvəllüdlü Afət Əşrəfova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.