GORANBOY, 27 iyun. TELEQRAF
Goranboy sakini küçə itlərinin hücumuna məruz qalıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Xan Qərvənd kəndində baş verib.
1985-ci il təvəllüdlü Xəyal Abbasov müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.