FÜZULİ, 26 iyun. TELEQRAF
Füzüli rayonunda kanalda batan Nihad Nağızadə məktəblidir.
Teleqraf-ın yerli bürosunun əldə etdiyi xəbərə görə, əslən rayonun Aşağı Seyidəhmədli kəndindən olan 16 yaşlı N.Nağızadə hazırda Qaydış 4 qəsəbəsində yaşayır.
Qəsəbə məktəbində təhsil alan Nihad bu il X sinifi bitirib.
Onun atası Vüqar Nağızadə Füzuli rayon təcili
təxirə salınmaz tibbi yardım briqadasında həkim işləyir.
Hazırda N.Nağızadənin axtarışları davam edir.
***
07:23
Füzuli rayonunda bir nəfər kanalda batıb.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Kərimbəyli kəndi ərazisindən keçən beton kanalda baş verib.
İlkin məlumata görə kanalda batan rayon sakini 2009-cu il təvəllüdlü Nağızadə Nihad Vüqar oğludur.
Əlavə məlumat veriləcək.
