FÜZULİ, 25 iyun. TELEQRAF
Füzulidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qəza nəticəsində Qurbanov Nicat, onun qardaşı Qurbanov Ceyhun və Süleymanov Elçin hadisə yerində ölüblər.
Qəzada ölən qardaşlar Füzuli rayonunun Kürdmahmudlu kənd qəbristanlığında dəfn edilib.
Teleqraf ölən şəxslərin fotolarını və hadisə yerindən görüntüləri təqdim edir:

Fotoda: Süleymanov Elçin
.jpg)
Fotoda: Qurbanov Nicat

Fotoda: Qurbanov Ceyhun
***
12:33
Dünən saat 21:30 radələrində Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1998-ci il təvəllüdlü (kişi cinsli) şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Ona qapalı kəllə beyin travması başın alın və göz ətrafı nahiyəsinin əzilmiş yarası, sol bud sümüyünün aşağı 1/3-nin açıq qəlpəli sınığı, sağ diz qapağının yerdəyişən qapalı sınığı diaqnozu təyin olunub.
Pasiyentə ilkin tibbi yardım göstərildikdən sonra ixtisaslı tibbi yardımın göstərilməsi üçün Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.
Hadisə nəticəsində 3 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
***
09:05
Füzulidə baş verən qəza zamanı ölənlərin kimliyi məlum olub.
Teleqraf-ın yerli bürosunun əldə etdiyi xəbərə görə, qəza zamanı "Mercedes" markalı avtomobildə olanlar Qurbanov Nicat, onun qardaşı Qurbanov Ceyhun və Süleymanov Elçin hadisə yerində həyatını itirib.
Digər avtomobil "KİA" markalı avtomobilin sürücüsü Qənbərov Bəndalı isə müxtəlif dərəcəli ağır xəsarət alaraq Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, B.Qənbərovun vəziyyəti ağır olduğundan Bakıya Sabunçu Tibb Mərkəzinə təxliyə edilib.
Faktla bağlı araşdırma davam etdirilir.
***
05:48
Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə, hərəkətdə olan “Mercedes”, “KİA” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb.
Ölənlərdən ikisi Nicat və Ceyhun Aftandil oğlu qardaşlarıdır. Üçüncü şəxsin adı isə Elçindir.
Faktla bağlı araşdırma aparılır.

.jpg)
