BAKI, 24 iyun. TELEQRAF

Bakı şəhərinin Xətai rayonunda “Ford” markalı yük avtomobilinin salonu və idarəetmə lövhəsi yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan əlavə, Şabran rayonunun Ağbaş kəndində ümumi sahəsi 35 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

Bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.