BAKI, 23 iyun. TELEQRAF

Biləsuvar rayonunun Nəsimi kəndində ümumi sahəsi 64 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və dam örtüyünün taxta atmaları 48 m² sahə yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.