BAKI, 19 iyun. TELEQRAF

Ağdamda ANAMA-nın əməkdaşı ölüb.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, ANAMA-nın Ağdam mobil bazasında anbardar vəzifəsində çalışan 1969-cu il təvəllüdlü Məmmədov Vüqar Həşim oğlunun səhhəti anidən pisləşib.

Bazanın əməkdaşları V.Məmmədovu Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırsa da onun hıyatını xilas etmək mümkün olmayıb.