BAKI, 16 iyun. TELEQRAF

Azərbaycanda polis əməkdaşları tərəfindən axtarışda olan şəxslərin saxlanılması üçün tədbirlər görülür.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Polis əməkdaşlarının iyunun 14-də və 15-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılıb

Onlar istintaqa təhvil verilib.