AĞDAM, 7 iyun. TELEQRAF

Ağdamda kafedə mübahisə zamanı 30 yaşlı Sahil Rüstəmzadənin başına pivə bakalı vuran şəxsin kimliyi müəyyənləşdirilib.

Teleqraf-ın yerli müxbirinin xəbərinə görə, hadisəni törədən Tacəddin İsmayılov qazidir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən T. İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

***

11:01

Ağdamda kafedə mübahisə zamanı 30 yaşlı kişinin başına pivə bakalı vurulub.

Teleqraf-ın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Xındırıstan kəndində kafelərin birində baş verib.

Kafedə iki tanış arasında mübahisə zamanı Sahil Rüstəmzadənin başına tanışı Tacəddin adlı şəxs pivə bakalı ilə vurub.

Başından xəsarət alan S.Rüstəmzadə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun başına 3 tikiş qoyulub.

Faktla bağlı araşdırma aparılır.