GƏNCƏ, 24 may. TELEQRAF

Göygöl rayonunda yol qəzası baş verib, xəsarət alan var.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Quşqara kəndində qeydə alınıb. "VAZ 2107" markalı avtomobillə digər minik maşını toqquşub.

Qəza zamanı 1971-ci il təvəllüdlü Ülviyyə Həsənova Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Ona ilkin tibbi yardım göstərilib. hazırda 54 yaşlı qadının vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.