BAKI, 21 may. TELEQRAF
Naməlum qadının digər şəxsə qarşı qeyri-adekvat hərəkətlərini əks etdirən görüntülər araşdırılıb.
Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib.
Polis əməkdaşları tərəfindən görüntüdə əks olunan şəxslərin Binəqədi rayonunda yaşayan qonşular olması müəyyən olunub.
Hər iki şəxs əqli qüsurludur. Onların sağlamlıq vəziyyəti nəzərə alınaraq barələrində profilaktik tədbirlər görülür.
Qeyd edək ki, sosial şəbəkələrdə bir qadının kişini qarşısında diz çökdürüb ayaqqabılarını öpdürdüyünü əks etdirən görüntülər yayılıb.