GÖYGÖL, 26 aprel. TELEQRAF

1998-ci il təvəllüdlü Göygöl sakini Natiq Həsənov şüşə ilə damarını kəsib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, onun ehtiyatsızlıqdan damarını kəsdiyi bildirilir.

27 yaşlı N.Həsənov sərxoş halda pəncərini qolu ilə sındırıb və nəticədə damarı kəsilib.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.