
BAKI, 24 mart. TELEQRAF
Martın 17-də Bakıda itkin düşən üç rəfiqədən daha biri tapılıb.
Teleqraf-ın əldə etdiyi məlumata görə, itkin kimi axtarışı elan edilmiş yeniyetmələrdən biri Hüseynzadə İnci Araz qızı polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
Martın 23-də isə Dadaşova Mədinə Kamil qızı polis əməkdaşları tərəfindən tapılıb. Hazırda Xudaverdiyeva Ofeliyanın axtarışları davam edir.