
GORANBOY, 15 mart. TELEQRAF
Bu gün saat 11:20 radələrində 2010-cu il təvəllüdlü (kişi cinsli) şəxs it dişləməsi səbəbi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
"Ona sol qolun, saidin aşağı üçdə birinin iç nahiyəsinin deşilmiş yarası diaqnozu təyin edilib.
Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb", - məlumatda qeyd olunub.
***
12:06
Goranboyda 15 yaşlı yeniyetmə sahibsiz itin hücumuna məruz qalıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Xan Qərvənd kəndində qeydə alınıb.
Kənd sakini 15 yaşlı F. Həsənov küçədə sahibsiz itin hücumuna məruz qalıb. Yaralı yaxınlıqdakı insanların köməyi ilə Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bu, Goranboy rayonunda ikinci belə hadisədir. Bir neçə gün öncə yaşlı qadın həyətində saxladığı itin hücumuna məruz qalmışdı.