BAKI, 17 fevral. TELEQRAF

Azərbaycanda polis əməkdaşları dələduzluq edən şəxslərlə bağlı əməliyyat tədbirlərini davam etdirirlər.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının fevralın 15-də və 16-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq, istintaqa təhvil verilib.