Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

Teleqraf.com "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, Bakı şəhər Suraxanı qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Quluyev Fövzi Manaf oğlu hündürlükdən yıxılıb.

İlkin məlumata görə, hadisə xidməti vəzifəsinin icrası zamanı baş verib.

Ağır dərəcəli qapalı kəllə-beyin travması alan F.Quluyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məsələ ilə bağlı FHN-dən sorğumuza cavab olaraq bildirildi ki, mərhum Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müqavilə əsasında cəlb olunduğu mütəxəssis olub.

Faktla bağlı araşdırma aparılır.