Bakının Xətai rayonunda gözəllik salonuna basqın edilib.

Teleqraf.com xəbər verir ki, hadisə iyulun 24-də baş verib.

İyulun 24-də, saat 21 radələrində X.Məmmədov küçəsində yerləşən gözəllik salonlarının birinə gələn iki nəfər çəkiclə oradakı 58.000 manat dəyərində lazer aparatını sındırıblar.

Baş verən hadisə ilə bağlı Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsinə müraciət edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Həsənov və V.Vəliyev müəyyən edilib.

Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.