Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində soyğunçuluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Natiq İsrafilov saxlanılıb.

Teleqraf.com-un xəbərinə görə, araşdırma zamanı məlum olub ki, qeyd edilən şəxs İçərişəhər ərazisində yerləşən evlərdən birinin həyətinə daxil olaraq orada olan pul kisəsini götürərək hadisə yerindən yayınıb.

Zərərçəkən polisə məlumat verərək pul kisəsində 1300 rus rublunun olduğunu bildirib.

Polis əməkdaşları tərəfindən qısa zamanda saxlanılan Natiq İsrafilov hadisəni etiraf edib.

Qeyd edilən faktla bağlı araşdırmalar davam etdirilir.

Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə, ərazi üzrə polis orqanlarına, habelə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.