Şabran rayonunda qadın şantaj olunub.

Teleqraf.com xəbər verir ki, Şabran rayon polis şöbəsinə müraciət edən şəhər sakini olan qadın cari il yanvarın 17-dən fevralın 10-dək olan müddətdə bir nəfərin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib, 15 000 manat pul tələb etdiyini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən həmin şəxsin şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Bədəlov olması müəyyən edilib. O, saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.