Bakıda polis silahlı şəxsə qarşı əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş O.Əliyev saxlanılıb.
Ondan nömrəsi silinmiş “Makarov” markalı tapança, patron darağı və 3 ədəd patron aşkar edilib.
Faktla bağlı cinayət işi başlanıb.